Əlixan Musayev:
Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul et-dilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.
Bünyadov-Məmmədəliyev:
Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)
Elmir Quliyev
:
Они признали господами помимо Аллаха своих первосвященников и монахов, а также Мессию, сына Марьям (Марии). А ведь им было велено поклоняться только одному Богу, кроме которого нет иного божества. Он превыше того, что они приобщают в сотоварищи!
Ələddin Sultanov:
Onlar (yəhudilər) Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!
Kerbelayi Malik ağa:
Onlar ahbarları (din adamlarını) və ruhbanları (rahibləri) və Məryəm oğulu Məsihi Allahdan başqa Rəblər qəbul etdilər. Tək bir ilaha qul olmalarından başqa bir şeylə əmr olunmadılar. Ondan başqa ilah yoxdur. (Onların) şirk qoşduqları şeylərdən O (Allah) uzaqdır.
Ələsgər Musayev:
Onlar öz alim və rahiblərini və Məsih Məryəm oğlunu
özlərinə Allahdan başqa Rəbb məqamında götürdülər. Bir
surətdə ki, onlara əmr olunmuşdu ancaq Vahid Ilahiyə ibadət
edələr. Allahdan başqa Ilahi yoxdur. Sübhandır O nədən ki,
şərik qoşurlar!
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.
Kövsər Tağıyev:
(Yəhudilər) Allahı qoyub ravvinlərini, (xristianlar isə) rahiblərini və Məryəm oğlu İsanı rəbb olaraq qəbul etdilər. Halbuki bunlara da ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. O, onların şərik qoşduqları hər şeydən uzaqdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı qoyub öz kahinlərini, rahiblərini, Məryəm oğlu Məsihi də rəbblər etdilər. Halbuki onlara yalnız bir tanrıya - Ondan başqa tanrı yoxdur - ibadət etmək buyurulmuşdu. O, onların qoşduqları şəriklərdən çox ucadır!
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın altındakılardan alimlərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəb qəbul etdilər. Halbuki onlara yalnız tək olan məbuda bəndəlik etmək əmr olunmuşdu. Allahdan başqa məbud deyə bir şey yoxdur. O, şərik qoşanların şərik qoşduqları şeylərdən də pakdır.