Əlixan Musayev:
Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin (əzabı) gətir”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”
Elmir Quliyev
:
Они сказали: "О Нух (Ной)! Ты пререкался с нами и пререкался долго. Так яви же нам то, чем ты угрожаешь нам, если ты — один из тех, кто говорит правду".
Ələddin Sultanov:
Onlar: “Ey Nuh! Bizimlə mübarizə apardın və bizə qarşı mübarizəndə həddini aşdın. Əgər doğru söyləyirsənsə, bizi təhdid etdiyin əzabı gətir!” - dedilər.
Kerbelayi Malik ağa:
’Ey Nuh!’ dedilər. ‘Bizimlə mübahisə etmişdin, hətta bizimlə mübahisədə çox irəli getdin. Əgər sən doğru danışanlardansansa, o təqdirdə bizə vəd etdiyin şeyi gətir.’
Ələsgər Musayev:
Dedilər: «Ay Nuh! Əlbəttə, sən bizimlə cidal etdin və
bizimlə mücadiləni çox etdin. Verdiyin vədi gətir bizə, əgər
oldun sadiqlərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Nuh! Bizimlə mübahisə etdin və mübahisəni uzatdın. Əgər doğru söyləyənlərdənsənsə, o zaman bizə vəd etdiyin əzabı gətir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey Nuh, bizimlə mübahisəyə girişdin və həm də mübahisəmizi uzatdın. Əgər haqlısansa, bizə vəd etdiyini (başımıza) gətir!"
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Ey Nuh! Bizimlə mübahisə etdin, mübahisəmizi artırdın. Haydı, artıq doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!"