Əlixan Musayev:
Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.
Bünyadov-Məmmədəliyev:
Onlara (biri mömin, digəri kafir olan) iki adamı misal gətir. Onların birinə (kafirə) iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin (zəmi) saldıq.
Elmir Quliyev
:
Приведи им притчу о двух мужах. Одному из них Мы устроили два виноградника, оградили их финиковыми пальмами и поместили между ними ниву.
Ələddin Sultanov:
Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.
Kerbelayi Malik ağa:
Onlara iki adamın vəziyyətini örnək ver. İkisindən birinə üzüm bağından iki bağça verib onları xurmalıqlarla əhatə etdik və ikisinin arasında əkinlər bitirdik.
Ələsgər Musayev:
Onlar üçün məsəl vur iki
kişini ki, onlardan biri üçün iki üzüm bağı edib və ətrafını
xurma ağacları ilə örtmüşdük və etmişdik o iki bağın arasında
əkin yeri.
A.Mehdiyev və D.Cəfərli:
Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək.
Kövsər Tağıyev:
Onlara bu iki adamı misal gətir: Onlardan birinə iki üzüm bağı vermiş, bağların ətrafını xurmalarla əhatə etmiş, ikisinin arasında da bir əkin yeri salmışdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün dibindən çaylar axan cənnət bağları vardır. Orada onlar qızıl bilərziklərlə bəzənəcək, atlasdan və zərxaradan yaşıl paltarlar geyəcək və taxtlar üzərində dirsəklənib oturacaqlar. Nə gözəl mükafat, nə gözəl sığınacaq!
Sabirə Dünyamalıyeva:
Və onlara, iki adamı misal gətir: Biz bunlardan birinə hər cür üzümlər yetişən iki bağ verdik və iki bağın ətrafını xurmalarla bəzədik. Aralarında da bir əkin [yeri] etdik.