Əlixan Musayev:
Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”.
Bünyadov-Məmmədəliyev:
Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini (qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış) fasiq bir tayfadırlar!” (Musa birinci dəfə əlini qoynuna qoyub çıxartdıqda o, baxanlara bir nur kəsilib gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəfə qoyub çıxartdıqda isə adi halına düşərdi).
Elmir Quliyev
:
Сунь свою руку за пазуху, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Прижми к себе руку, чтобы избавиться от страха. Это — два доказательства от твоего Господа для Фараона и его знати. Воистину, они являются людьми нечестивыми".
Ələddin Sultanov:
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”.
Kerbelayi Malik ağa:
Əlini qoynuna sal ki, qüsursuz ağappaq olaraq çıxsın. Qorxudan (əmin ol), qanadlarını (qollarını) özünə tərəf çək. Bu ikisi sənin Rəbbindən Firona və onun (qövmünün) əyanlarına qarşı iki dəlildir. Şübhəsiz ki, onlar fasiq bir qövmdür.
Ələsgər Musayev:
Sal ?lini qoltuguna, c?xartd?qda eyibsiz, b?yaz olsun v? qollar?n? vahim?siz ozun? t?r?f yax?nlasd?r. Bu, R?bbinin iki d?lilidir Firauna v? onun boyukl?rin? t?r?f. H?qiq?t?n, onlar fasiq qoum oldular!»
A.Mehdiyev və D.Cəfərli:
«Əlini qoynuna qoy ki, əlin (oradan) ağappaq, eyibsiz-qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxu(dan çıxmaq) üçün əlini (ya əllərini) qoynuna qoy (ki, vahimən aradan getsin). Beləliklə bu ikisi (iki möcüzə: əsa və parlaq əl) sənin Rəbbin tərəfindən Firona və onun əyanlarına qarşı iki dəlil-sübutdur. Həqiqətən, onlar öncədən fasiq bir tayfa idilər».
Kövsər Tağıyev:
“Əlini qoynuna sal. Bir xəstəlik səbəbi ilə olmadan ağappaq bir halda çıxsın. Qorxudan açılan qolunu özünə tərəf çək (toparlan). Bunlar Firona və onun öndə gələn adamlarına (göstərməyin üçün) Rəbbin tərəfindən (sənə verilən) iki dəlildir. Çünki onlar fasiq bir qövmdürlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əlini qoltuğunun altına sal, o, heç bir ləkəsi olmadan ağappaq çıxacaq. Qorxun getsin deyə qanadını [əlini] (əvvəlki halına qayıtması üçün) bir də qoltuğuna sal. Bunlar sənin Rəbbindən Firona və onun əyanlarına göstərməyin üçün iki möcüzədir. Onlar, həqiqətən, azğın bir tayfadır."
Sabirə Dünyamalıyeva:
Qoynundaki gücünü işlət, qüsursuz, mükəmməl çıxacaqsan.[#180] Yenindən qanadını çək. Bax bu ikisi Firona və onun adamlarına qarşı sənin Rəbbin tərəfindən [göndərilən] iki möhkəm dəlildir. Şübhəsiz ki, onlar, yoldan çıxan bir tayfa olmuşdur."