Əlixan Musayev:
Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.
Bünyadov-Məmmədəliyev:
Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)
Elmir Quliyev
:
О жены Пророка! Вы не такие, как любая другая женщина. Если вы богобоязненны, то не проявляйте нежности в речах, дабы не возжелал вас тот, чье сердце поражено недугом, а говорите достойным образом.
Ələddin Sultanov:
Ey Peyğəmbər zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!
Kerbelayi Malik ağa:
Ey Peyğəmbər Xanımları! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər təqva sahibisinizsə, artıq sözü yumşaq söyləməyin (kişilərlə nazlana-nazlana danışmayın). O təqdirdə qəlbində mərəz (nifaq, fitnə, şəhvət) olan kimsə tamah edər (arzu duyar). Maruf (ciddi) söz söyləyin.
Ələsgər Musayev:
Ay nəbinin qadınları! Siz o
biri qadınlar kimi deyilsiniz. Əgər təqvalı olasız, onda yumşaq
etməyin danışığınızı, ta o kəs ki, qəlbində mərəz var, tamah
edər. Mərifətli söz söyləyin.
A.Mehdiyev və D.Cəfərli:
Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
Kövsər Tağıyev:
Ey Peyğəmbərin xanımları! Siz qadınlardan hər hansı biri kimi deyilsiniz. Əgər Allaha qarşı gəlməkdən çəkinirsinizsə, (kişilərlə danışarkən) sözü yumşaq bir əda ilə söyləməyin ki, qəlbində xəstəlik (pis niyyət) olan kimsə ümidə qapılmasın. Gözəl (və doğru) söz söyləyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbərin zövcələri! Axı siz qadınlardan hər hansı biri kimi deyilsiniz. Siz əgər müttəqisinizsə, sözdə yumşaqlıq [işvənaz] göstərməyin ki, ürəyində mərəz olan tamah salmasın. Siz də sözü lazımi tərzdə deyin.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbərin qadınları! Siz hər hansı bir qadın deyilsiniz; əgər Allahın mühafizəsi altına daxil olursunuzsa, artıq danışanda naz-qəmzə ilə danışmayın ki, sonra qəlbində xəstəlik olan; pis düşüncəli kəs tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən şəkildə danışın.