Zümər Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha qarşı yalan uyduran həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?
Bünyadov-Məmmədəliyev:
Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri olduğunu deyən), özünə gələn həqiqəti (Quranı, peyğəmbəri) təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, vardır!)
Elmir Quliyev :
Кто может быть несправедливее того, кто возвел навет на Аллаха и счел ложью правду, когда она явилась ему? Разве не в Геенне обитель неверующих?
Ələddin Sultanov:
Allaha qarşı yalan uyduran ona gələn həqiqəti (Quranı) yalanlayan kimsədən daha zalım kim ola bilər?! Kafirlər üçün cəhənnəmdə yermi yoxdur?!
Kerbelayi Malik ağa:
Elə isə Allah barəsində yalan danışandan həqiqət ona gəldiyi zaman onu yalanlayandan daha zalım kim vardır? Kafirlərin yeri cəhənnəmdə deyilmi?
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, yalan dedi üzərinə Allahın yalan saydı doğrunu, onda ki, gəldi o? Ə, cəhənnəmdə yer yoxdurmu kafirlər üçün?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə kim Allaha iftira yaxandan (Onun övladı şəriki olmasına qail olandan) həqiqət (peyğəmbərlik sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
Kövsər Tağıyev:
Allaha qarşı yalan uyduran özünə gəldikdə doğrunu (Qur`anı) yalan sayandan daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün qalacaq yermi yoxdur?
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan özünə haqq [Quran] gəldikdən sonra onu yalan hesab edəndən daha haqsız kim olar? Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?
Sabirə Dünyamalıyeva:
Elə isə, Allaha qarşı yalan söyləyəndən doğru ona gəldiyi zaman onu yalan hesab edəndən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? O kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu !?