Nəhl Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa (kafirlər) mələklərin onların yanına gəlməsindən yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Bünyadov-Məmmədəliyev:
O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
Elmir Quliyev :
Неужели они ждут чего-либо иного, кроме ангелов или веления твоего Господа? Так же поступали те, которые жили прежде. Аллах не был несправедлив к ним они сами поступали несправедливо по отношению к себе.
Ələddin Sultanov:
(Kafirlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Onlar sadəcə mələklərin gəlməsini yoxsa Rəbbinin əmrinin gəlməsini gözləyirlər? Onlardan əvvəlkilər belə etdilər. Allah onlara zülm etmədi. Lakin onlar öz nəfslərinə zülm edirdilər.
Ələsgər Musayev:
Onlar gözləyirlər ancaq onu ki, onlara gələ mələklər, ya gələ sənin Rəbbinin əmri? Belə fəaliyyət etdilər o kəslər ki, onlardan qabaq var idilər. Zülm etmədi onlara Allah lakin onlar öz nəfslərinə zülm edənlər oldular.
A.Mehdiyev və D.Cəfərli:
Məgər (bu müşriklər ölüm) mələyin(in ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Kövsər Tağıyev:
(O kafirlər) özlərinə ancaq mələklərin yaxud sənin Rəbbinin həlak əmrinin gəlməsini gözləyirlər. Onlardan əvvəlkilər belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı onlar gözləyirlər ki, mələklər onların yanına gəlib (canını alsın), yaxud sənin Rəbbinin (əzab haqqındakı) əmri gəlsin? Onlardan əvvəlkilər belə edirdilər. Allah onlara zülm etməmişdi, ancaq onlar öz-özlərinə zülm edirdilər.
Sabirə Dünyamalıyeva:
Onlar özlərinə, təbiət güclərinin gəlməsindən yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər! Onlardan əvvəlkilər belə etmişdilər. Allah onlara haqsızlıq etmədi, lakin onlar şirk qoşaraq özlərinə haqsızlıq etmişdilər, səhv; öz zərərlərinə olan əməli işləmişdilər.