Əlixan Musayev:
Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.
Bünyadov-Məmmədəliyev:
Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona artıq kömək olunmuşdur.
Elmir Quliyev
:
Не убивайте душу, убивать которую Аллах запретил, если только у вас нет на это права. Если кто-либо убит несправедливо, то Мы уже предоставили его правопреемнику полную власть, но пусть он не излишествует в отмщении за убийство. Воистину, ему будет оказана помощь.
Ələddin Sultanov:
Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (qisas alması üçün) ixtiyar verdik. Ancaq o, qətldə həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) yardım olunmuşdur.
Kerbelayi Malik ağa:
Allahın haram etdiyi bir nəfsi (adamı), haqsız yerə öldürməyin! Kim haqsız yerə öldürülsə, o təqdirdə onun varisini haqq sahibi etdik. Artıq öldürmədə həddi aşmasın. Çünki ona yardım edilmişdir.
Ələsgər Musayev:
Qətlə yetirməyin
nəfsi, hansı ki, haram edibdir Allah, ancaq haqq ilə. Kim
zülmlə qətlə yetirilərsə, fəqət Biz etdik onun vəlisi üçün
sultanlıq. Israf etməsin qətldə, həqiqətən, ona yardım
olunmuşdur.
A.Mehdiyev və D.Cəfərli:
Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
Kövsər Tağıyev:
Haqlı bir səbəb olmadıqca Allahın öldürülməsini haram buyurduğu cana qıymayın. Kim haqsız yerə öldürülərsə, biz onun vəlisinə ixtiyar vermişik. Ancaq o da (qisas yolu ilə) öldürmədə həddi aşmasın. Çünki ona yardım edilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın qadağan etdiyi kimi, (öldürülməsi) haqq olan adam istisna olmaqla heç kəsi öldürməyin. Hər kim haqsız yerə öldürülərsə, onun qohum-əqrəbasını (qisas almaqda) ixtiyar sahibi edirik. Lakin o, öldürməkdə həddini aşmamalıdır. Belə ki, ona (lazımi) kömək olunmuşdur.
Sabirə Dünyamalıyeva:
Və haqsız yerə, Allahın haram qıldığı bir kimsəni öldürməyin. Və kim haqsızlıq edilərək öldürülsə, Biz onun yaxınlarına bir səlahiyyət vermişik. O da öldürməkdə həddi aşmasın. -Şübhəsiz, öldürülənə/onun hüquqlarını qoruyan yaxınlarına kömək olunmuşdur.-