Əlixan Musayev:
Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!”
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”
Elmir Quliyev
:
Они сказали: "Мы обладаем силой и великой мощью, но решение остается за тобой. Подумай, что ты прикажешь делать".
Ələddin Sultanov:
Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Biz qüvvətli və çox böyük savaş gücü sahibiyik. Hökm sənindir. Elə isə sən bax (qərar ver), nə əmr verəcəksən?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Biz qüvvət sahibiyik və şiddətli basqı sahibiyik. Əmr sənin əmrindir və nəzər sal nə əmr edəcəksən».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
Kövsər Tağıyev:
Onlar dedilər: “Biz güc, qüvvət sahibiyik və mahir döyüşçülərik. Hökm sənindir. Nə əmr edəcəyini düşün”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər. "Biz qüvvə və böyük qüdrət sahibiyik, buyruq isə sənindir. Gör nə buyurursan."
Sabirə Dünyamalıyeva:
Əyanlar dedilər ki: "Biz, qüvvət sahibiyik və döyüşməyi də çox yaxşı bacaran kəslərik, hökm isə sənindir; nə əmr edəcəyini özün fikirləş!"