Rum Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.
Bünyadov-Məmmədəliyev:
İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.
Elmir Quliyev :
Когда людей касается зло, они начинают взывать к своему Господу, обращаясь к Нему с раскаянием. А затем, когда Он дает им вкусить милость от Него, часть из них начинает приобщать сотоварищей к своему Господу,
Ələddin Sultanov:
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar.
Kerbelayi Malik ağa:
İnsanlara bir zərər toxunduğu zaman Rəblərinə dua edərək, Ona yönələrlər. Sonra onlara bir rəhmət daddırdığı zaman onlardan bir qismi Rəblərinə şirk qoşarlar (hidayətdəykən dəlalətə düşərlər).
Ələsgər Musayev:
Onda ki, toxunur insanlara zərər, çağırırlar Rəblərini Ona tərəf dönərək. Sonra onda ki, onlara daddırdı Öz tərəfindən rəhmət, onda bir dəstə onlardan öz Rəblərinə şərik qoşarlar,
A.Mehdiyev və D.Cəfərli:
İnsanlara bir çətinlik ziyan yetişən zaman tövbə edib özlərinin Rəbbinə tərəf qayıdar. Sonra (Allah), Öz rəhmətindən onlara dadızdırdıqda isə dərhal onlardan bir dəstə (yenə) Rəbbinə şərik qoşar.
Kövsər Tağıyev:
İnsanlara bir zərər toxunduğu zaman Rəblərinə yönələrək ona dua edərlər. Sonra Allah öz qatından onlara bir rəhmət daddıran kimi onlardan bir dəstə Rəblərinə şərik qoşarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara bir ziyan toxunan zaman özlərinin Rəbbinə üz tutaraq Onu (köməyə) çağırarlar. Sonra, Özündən onlara bir mərhəmət daddıran kimi onların bir dəstəsi öz Rəbbinə şərik qoşar
Sabirə Dünyamalıyeva:
İnsanlara bir çətinlik üz verdikdə, Rəbbinə tərəf dönüb Ona yalvarırlar.