Əlixan Musayev:
Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
Bünyadov-Məmmədəliyev:
Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
Elmir Quliyev
:
Оставайтесь в своих домах, не наряжайтесь так, как наряжались во времена первого невежества, совершайте намаз, раздавайте закят и повинуйтесь Аллаху и Его Посланнику. Обитатели дома , Аллах желает лишь избавить вас от скверны и очистить вас полностью.
Ələddin Sultanov:
Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
Kerbelayi Malik ağa:
Evlərinizdə qərar tutun (oturun). Əvvəlki cahiliyyə zamanındakı kimi (zinətlərinizi) açmayın. Namazı qılın və zəkatı verin. Allah və Onun Rəsuluna itaət edin. Ey əhli beyt! Allah sadəcə sizdən günahları yox etmək və sizi tərtəmiz təmizləmək istəyir.
Ələsgər Musayev:
Qərar tapın öz evlərinizdə və
zinətlərinizi keçmiş cahiliyyət zamanı kimi zahirə salmayın.
Ayağa qalxın islahata və əta edin zəkatı və itaət edin Allaha və
Onun rəsuluna. Həqiqətən, Allah istəyir ki, ricsi siz əhli
beytdən apara və pak edə sizi paklıqla.
A.Mehdiyev və D.Cəfərli:
Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir.
Kövsər Tağıyev:
Evlərinizdə oturun. Əvvəlki cahiliyyə dövrü qadınlarının açıq-saçıqlığı kimi siz də açıq-saçıq olmayın. Namazı qılın, zəkatı verin. Allaha və Rəsuluna itaət edin. Ey Peyğəmbərin ev əhli! Allah sizdən günah kirini silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
M.Qənioğlu və T.Bilaloğlu:
Evlərinizdə qərar tutun, ilk cahilliyyə dövründə olduğu kimi açıq- saçıq gəzməyin. Namazı qılın, zəkatı verin, Allaha və Onun peyğəmbərinə itaət göstərin. Allah sizin, ey əhlül-beyt [ev əhli], üzərinizdən natəmizliyi [günahları] götürmək və sizi pakdan pak etmək istəyir.
Sabirə Dünyamalıyeva:
Evlərinizdə vüqarlı olun, ilk cahiliyyət [dövrünün] dəbdəbəsi kimi dəbdəbəli görünməyin, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın-qoruyun], zəkatı/vergini verin, Allaha və Elçisinə itaət edin. -Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən kiri götürmək və sizi pak etmək istəyər.