Mömin Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz”.
Bünyadov-Məmmədəliyev:
(Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə yol göstərən olmaz!”
Elmir Quliyev :
В тот день вы обратитесь вспять, но никто не защитит вас от Аллаха. Кого Аллах введет в заблуждение, тому не будет наставника.
Ələddin Sultanov:
Siz o gün arxanızı dönüb qaçacaqsınız. Sizi Allahdan qoruyan olmayacaq. Allah kimi haqq yoldan azdırarsa, onu heç kim doğru yola yönəldə bilməz”.
Kerbelayi Malik ağa:
Arxanızı dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allah kimi dəlalətdə buraxsa, artıq onun üçün bir hidayətçi yoxdur.
Ələsgər Musayev:
o gün ki, idbarlı halda üz çevirəcəksiniz. Allahdan sizi müdafiə edən olmaz. Kimi Allah zəlalətdə tərk edə, onun üçün hidayət edən yoxdur!
A.Mehdiyev və D.Cəfərli:
Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda boşladığı kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.
Kövsər Tağıyev:
(O gün) sizi Allah(ın əzabın)dan xilas edəcək heç kim yoxdur. Allah kimi sapdırsa, onu doğru yola yönəldən tapılmaz”.
M.Qənioğlu və T.Bilaloğlu:
geriyə üz tutaraq qaçmaq istəyəcəyiniz gündən (qorxuram). Sizi Allahdan qoruyan bir kimsə olmaz. Allah kimi azdırırsa, ona bir yol göstərən olmaz!
Sabirə Dünyamalıyeva:
Sizi Allahdan qoruyan biri yoxdur. Hər kimi Allah yoldan azdırsa, artıq onun üçün bir yol göstərən olmaz.