Fussilət Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İnsanları) Allaha tərəf çağıran, yaxşı görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?
Bünyadov-Məmmədəliyev:
(Xalqı) Allaha tərəf çağıran, yaxşı görən və: “Mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
Elmir Quliyev :
Чья речь прекраснее, чем речь того, кто призывает к Аллаху, поступает праведно и говорит: "Воистину, я один из мусульман"?
Ələddin Sultanov:
Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!
Kerbelayi Malik ağa:
Allaha dəvət edən saleh əməl (nəfsi islahedici əməl) edən və: ‘Şübhəsiz ki, mən təslim olanlardanam (müsəlmanlardanam).’ deyəndən daha gözəl sözlü kim vardır?
Ələsgər Musayev:
Kim yaxşıdır söznən o kəsdən ki, Allahın tərəfinə çağırır əməli islahatdır deyir: «Həqiqətən, mən təslim olanlardanam!»
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!
Kövsər Tağıyev:
Allaha çağıran, saleh əməl işləyən “Şübhəsiz, mən müsəlmanlardanam” deyəndən daha gözəl sözlü kimdir?
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha dua edən, əməlisaleh olan “Həqiqətən mən müsəlmanlardanam!“ - deyəndən gözəl sözlüsü kim olar?
Sabirə Dünyamalıyeva:
Allaha dəvət edib/yalvarıb saleh əməl işləyən "Mən müsəlmanlardanam" deyən kəsdən daha gözəl danışan kim ola bilər?