Əlixan Musayev:
Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.
Bünyadov-Məmmədəliyev:
Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!
Elmir Quliyev
:
Аллах не стал подвергать их мучениям, пока ты находился среди них, и Аллах не стал подвергать их мучениям, пока они молили о прощении.
Ələddin Sultanov:
Ancaq sən onların arasında ikən Allah onlara əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil.
Kerbelayi Malik ağa:
Sən onların arasında ikən, Allah onları əzablandıracaq deyil. Onlar məğfirət diləyərkən də Allah onları əzablandıracaq deyil.
Ələsgər Musayev:
Allah onları əzab edən olmadı ondan ötrü ki, sən onların içərisindəsən. Allah onları əzab edən olmayacaq onda ki, onlar bağışlanmaq istəyirlər!
A.Mehdiyev və D.Cəfərli:
Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
Kövsər Tağıyev:
Halbuki sən onların arasında olduğun müddətcə Allah onlara əzab verməz. Onlar bağışlanma diləyərkən də Allah onlara əzab verməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Onlar bağışlanmaqlarını istərkən də Allah onlara əzab verməz.
Sabirə Dünyamalıyeva:
Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildi. Bağışlanmaq dilədikləri müddətcə də Allah onlara əzab verən deyil.