Mutəffifin Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
Bünyadov-Məmmədəliyev:
Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir.
Elmir Quliyev :
А ведь они не были посланы к ним хранителями.
Ələddin Sultanov:
Halbuki (həmin günahkarlar) onlara nəzarətçi göndərilməmişdilər.
Kerbelayi Malik ağa:
Onlar möminlərin üzərinə gözətçi olaraq göndərilmədilər.
Ələsgər Musayev:
göndərilmiş deyil üzərinə onların mühafizəçilərdən.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
Kövsər Tağıyev:
Halbuki, onlar möminlərin başına gözətçi olaraq göndərilməyib.
M.Qənioğlu və T.Bilaloğlu:
Halbuki onlar bunların [möminlərin] üzərinə gözətçi göndərilməmişdilər.
Sabirə Dünyamalıyeva:
Halbuki möminlərdən bəziləri/elçilər, bu günahkarlara nəzarətçi olaraq göndərilməmişdi/elçi olaraq göndərilməmişdi.