Əlixan Musayev:
De: “(Allaha) qoşduğunuz şəriklərdən eləsi varmı ki, (hər hansı bir) məxluqu ilk dəfə yaratsın, (öldükdən) sonra onu yenidən diriltsin?” De: “Məxluqu ilk dəfə Allah yaradır, sonra onu (Qiyamət günü) yenidən dirildir. Siz necə də (haqdan) döndərilirsiniz!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Allaha qoşduğunuz şəriklər içərisində məxluqu (insanları) yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?”
Elmir Quliyev
:
Скажи: "Есть ли среди тех, кого вы придаете в сотоварищи к Аллаху, такой, который создает творение, а затем воссоздает его?" Скажи: "Аллах создает творение, а затем воссоздает его. До чего же вы отвращены от истины!"
Ələddin Sultanov:
De: “Qoşduğunuz şəriklərin arasında bir canlını yoxdan yaradıb, (ölümündən) sonra onu dirildə bilən varmı?” De ki: “Allah bir canlını yoxdan yaradır, (ölümündən) sonra da onu dirildir. Elə isə necə (haqdan) döndərilirsiniz?”
Kerbelayi Malik ağa:
De ki: ‘Sizin şəriklərinizdən örnəksiz ilk dəfə yaradıb sonra onu geri döndərəcək kim var?’ De ki: ‘Örnəksiz ilk dəfə yaradıb sonra onu geri döndərəcək Allahdır. Elə isə necə döndərilirsiniz?’
Ələsgər Musayev:
De: «Varmı şəriklərinizdən kim ki, başlayır xəlq etməyə,
sonra qaytarır onu?» De: «Allah başlayır xəlq etməyə, sonra
qaytarır onu. Bəs niyə yalan nisbəti verirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
Kövsər Tağıyev:
De ki: “Allaha qoşduğunuz şəriklərinizdən başlanğıcda yaradan sonra onu təkrarlayan kimsə varmı?” De ki: “Allah əvvəldə yaradar, sonra onu təkrar edər. Elə isə necə (haqdan) döndərilirsiniz?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizin şərik qoşduqlarınızdan eləsi varmı ki, (yoxdan) xəlq etməyə başlasın, sonra bunu təkrar etsin [ölümündən sonra diriltsin]" De: "Allah ilk dəfə (yoxdan) xəlq edir, sonra bunu təkrar edir [ölümündən sonra dirildir]. Onda bəs nə üçün siz (haqdan) yan keçirsiniz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Şərikləriniz içərisində, əvvəl əmələ gətirib, sonra da onu qaytarıb yenidən geri gətirəcək/dirildəcək biri varmı?" De ki: "Allah əvvəl əmələ gətirər, sonra da onu geri qaytarar. O halda, necə döndərilirsiniz?"