Əlixan Musayev:
Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır.
Bünyadov-Məmmədəliyev:
Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-buluğa çatana qədər yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır).
Elmir Quliyev
:
Не приближайтесь к имуществу сироты, кроме как во благо ему, пока он не достигнет совершеннолетия. И будьте верны своим обещаниям, ибо за обещания вас призовут к ответу.
Ələddin Sultanov:
Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.
Kerbelayi Malik ağa:
Ən qüvvətli çağına (həddi-buluğa) çatana qədər yetimin malına ən gözəl şəkildə olmadıqca yaxınlaşmayın! Əhdə vəfa edin! Şübhəsiz ki, əhd barədə sorğu-sual olunacaqsınız.
Ələsgər Musayev:
Yaxınlaşmayın yetimin malına, ancaq
yaxşılıqla, ta həddi - buluğa yetişə və əhdinizlə vəfa edin,
həqiqətən, əhdə görə sual olunar.
A.Mehdiyev və D.Cəfərli:
Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).
Kövsər Tağıyev:
Yetkinlik yaşına çatana qədər yetimin malına, ancaq ən gözəl şəkildə yanaşın, verdiyiniz sözü də yerinə yetirin. Çünki söz (verən verdiyi sözə görə) cavabdehdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həddi-buluğa çatana qədər yetimin malına ancaq xeyirxahlıqla yaxın durun. Əhdə vəfa qılın! Axı əhd soruşulası bir borcdur.
Sabirə Dünyamalıyeva:
Həddi-büluğa çatana qədər yetimin malına da -ən gözəl [niyyətlə] olmağı istisna- yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz ki, verilən sözdə məsuliyyət vardır.