Əlixan Musayev:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.
Bünyadov-Məmmədəliyev:
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
Elmir Quliyev
:
Не равны добро и зло. Оттолкни зло тем, что лучше, и тогда тот, с кем ты враждуешь, станет для тебя словно близкий любящий родственник.
Ələddin Sultanov:
Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.
Kerbelayi Malik ağa:
Yaxşılıq ilə pislik eyni deyil. (Pisliyi) ən gözəl şəkildə qarşıla. O zaman səninlə arasında düşmənlik olan kimsə səmimi bir dost kimi olar.
Ələsgər Musayev:
Bərabər deyil
yaxşılıqla pislik. Dəf et hansı ilə ki, o yaxşıdır və onda ki, odur
ki, səninlə onun aranda ədavət vardı, həqiqətən, o, hamamdakı
qaynar su kimi dostun olar.
A.Mehdiyev və D.Cəfərli:
Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur.
Kövsər Tağıyev:
Yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. Bir də görərsən ki, səninlə arasında düşmənlik olan kimsə sanki yaxın bir dost olub.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxşılıqla pislik eyni deyildir. (Pisliyi) yaxşılıqla dəf et. Onda səninlə ədavətdə olan kəs səmimi dost kimi olar.
Sabirə Dünyamalıyeva:
Və bütün gözəlliklər/bütün yaxşılıqlar bərabər olmaz; bütün çirkinlikler/bütün pisliklər də bərabər olmaz. Pisliyi, gözəlin/yaxşılığın ən gözəli/ən yaxşısı olanı ile sav dəf et. O zaman səninlə ədavət aparan kimsə, sanki istiqanlı bir yaxının [olar].