Ənfal Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq (möminləri) oraya buraxmadıqları halda Allah üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!
Elmir Quliyev :
Но как же Аллаху не подвергнуть их мучениям, если они не допускают мусульман к Заповедной мечети, не будучи Его угодниками? Его угодниками являются только богобоязненные, но большинство их не ведает об этом.
Ələddin Sultanov:
Onlar Məscidi-haramın sahibləri olmadıqları halda (Peyğəmbərin möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah onlara üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir.
Kerbelayi Malik ağa:
Onlar Məcsidi Harama (möminlərin daxil olmasına) mane olarkən onlar Onun (Allahın) dostları deyilkən, Allah üçün onlara əzab etməsin? Onun dostları ancaq təqva sahibi olanlardır. Lakin onların çoxu bilməzlər.
Ələsgər Musayev:
üçün Allah onları əzab etməyəcək, əgər sədd çəkirlər qadağan olunmuş məscidə Onun dostları olmadılar. Onun dostları ancaq müttəqilərdir lakin əksəriyyəti onların bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
Kövsər Tağıyev:
Onlar Məscidi-Haramdan (möminləri) uzaq tutmağa çalışdıqları halda oraya xidmət etməyə layiq olmadıqları halda Allah onlara üçün əzab etməsin? Oraya xidmət etməyə layiq olanlar ancaq Allaha qarşı gəlməkdən çəkinənlərdir. Lakin onların çoxu bilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Məscidül-Həramın sahibləri [nəzarətçiləri] olmaya-olmaya (möminlərə) orada mane olduqları halda Allah niyə onları cəzalandırmasın?! Onun sahibləri ancaq müttəqilərdir. Lakin onların çoxu (bunu) bilmir.
Sabirə Dünyamalıyeva:
onlar Məscidülhəramın/toxunulmaz ilahiyat təhsili mərkəzinin idarəçiləri, oranı yaşadan şəxslər olmadıqları halda, ona [yaxınlaşmağa] qadağan edirlərsə, Allahın onlara əzab verməməsi üçün səbəb var? Onu yaşadan şəxslər/idarəçilər yalnız Allahın himayəsi altına daxil olan şəxslərdir. Lakin onların çoxu [bunu] bilmir.