Bəqərə Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Bünyadov-Məmmədəliyev:
(Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.
Elmir Quliyev :
Мы сказали: Адам! Поселись в Раю вместе со своей супругой. Ешьте там вволю, где пожелаете, но не приближайтесь к этому дереву, а не то окажетесь одними из беззаконников".
Ələddin Sultanov:
Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Kerbelayi Malik ağa:
Dedik ki: 'Ey Adəm! Sən zövcən cənnətdə yerləşin. Orada istədiyiniz yerdən bol-bol yeyin. Bu ağaca yaxınlaşmayın yoxsa zalımlardan olarsınız.'
Ələsgər Musayev:
dedik Biz: «Ay Adam! Sakin ol sən zövcün cənnətə yeyin ondan qida heysiniz istəyəni yaxılaşmayın bu ağaca olarsınız zalimlərdən!»
A.Mehdiyev və D.Cəfərli:
35. dedik: «Ey Adəm, sən zövcən bu bağda məskunlaşın, onun (meyvə nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız.»
Kövsər Tağıyev:
Dedik ki: “Ey Adəm! Sən zövcən cənnəti məskən tutun! Orada istədiyiniz kimi bol-bol yeyin, amma bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz dedik: "Ey Adəm, sən zövcən cənnətdə sakin olun orada istədiklərinizdən bol-bol yeyin, ancaq bu ağaca yaxın durmayın ki, (özünüzə) zülm edənlərdən olmayasınız."
Sabirə Dünyamalıyeva:
Biz, "Ey Adəm! Sən zövcən cənnətdə məskən tutun/burada yurd salın, ikiniz ondan istədiyiniz yerdə bol-bol bəhrələnin bu dolaşıq şeyə yaxınlaşmayın; mal-dövlət/qızıl-gümüş hərisi olmayın, yoxsa öz nəfsinə haqsızlıq edənlərdən olarsınız" dedik.