Nur Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah göylərin yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Bünyadov-Məmmədəliyev:
Allah göylərin yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq şərqdə, qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
Elmir Quliyev :
Аллах Свет небес и земли. Его свет в душе верующего подобен нише, в которой находится светильник. Светильник заключен в стекло, а стекло подобно жемчужной звезде. Он возжигается от благословенного оливкового дерева, которое не освещается солнцем только с востока или только с запада. Его масло готово светиться даже без соприкосновения с огнем. Один свет поверх другого! Аллах направляет к Своему свету, кого пожелает. Аллах приводит людям притчи, и Аллах знает о всякой вещи.
Ələddin Sultanov:
Allah göylərin yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, şərqdə, qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir. (“Allah göylərin yerin nurudur” ifadəsi ilə bütün aləmin aləmdəki bütün nurların canlıların yaradıcısının Allah olduğuna işarə edilmişdir. Nuru yaradan Allaha nur deyilməsi həqiqi yox, məcazi mənadadır.)
Kerbelayi Malik ağa:
Allah göylərin yerin nurudur. Onun nuru, içində misbah (lampa) olan qəndil (işıq saçan bir çıraq) kimidir. Misbah şüşə içindədir. Şüşə sanki inci kimi (parıldayan) ulduz kimidir. Şərqdə qərbdə olmayan mübarək bir ağacın yağından yandırılar. Onun yağı ona atəş dəyməsə öz-özünə işıq verər. Nur üzərinə nurdur. Allah dilədiyini nuruna hidayət edər. Allah insanlara örnəklər verər. Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Allah səmaların ərzin Nurudur. Onun Nurunun məsəli qəndil məsəli kimidir ki, onda işıqlı çıraq var. O çıraq parlaq şüşənin içində qərar tapıb o şüşə işıqlı ulduz kimidir ki, bərəkətli zeytun ağacının yağından yandırılır şərqidir qərbi. Onun yağı hazırdır işıq saçmağa, əgər ona od toxunmasa da. Nur üzərində nurdur! Allah kimi istəsə, Nuru ilə hidayət edər. Allah məsəl vurur insanlar üçün Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah göylərin yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən onların işlərini idarə edəndir). Onun nurunun (din kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir o şüşə ulduz kimi parlaq nurludur. O çıraq (məkan baxımından) (günəşin əsr çağı saçdığı) şərqə, (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.
Kövsər Tağıyev:
Allah göylərin yerin nurudur. Onun nuru buna bəznər: divarda bir oyuq, içində bir qəndil, qəndil isə bir şüşənin içindədir. Şüşə sanki inci kimi parıldayan bir ulduzdur. Mübarək bir ağacdan, şərqə, qərbə aid olan zeytun ağacından yandırılır. Bu ağacın yağı ona od toxunmasa belə az qala işıq saç(acaq qədər bərraqd)ır. Nur üstünə nur. Allah istədiyini öz nuruna yönəldər. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah göylərin yerin nurudur. Onun nuru içərisində çıraq olan taxçanın (işığına) bənzəyir: çıraq şüşə içərisindədir, şüşə özü sanki dürlü bir ulduzdur. O, Şərqə, Qərbə aid edilməyən mübarək bir ağacın - zeytun ağacının (yağından) alışır. Onun [ağacın] yağı heç od toxunmamış sanki işıq saçar. Nur üstündə nur! Allah istədiyi kəsi Öz nuruna tərəf yönəldir. Allah insanlar üçün misallar çəkir. Axı Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Allah, göyləri yer üzünü; kainatı işıqlandıran tək Zatdır, başqasının işıqlandırması mümkün deyil. Onun nurunun; Quranın misalı, içində çıraq olan bir çıraqdan kimidir; o çıraq bir şüşənin içindədir; o şüşə, sanki inciyə bənzər bir ulduz kimidir ki, şərqə, qərbdə olan [dünyanın hər yerində olan] bərəkətli bir zeytun ağacındandır. -O ağacın yağı, az qala ona od toxunmasa belə, işıq saçır.- Nur üstündə nurdur. Allah, diləyən kimsəni nuruna yönəldər. Allah insanlar üçün misallar çəkir Allah, hər şeyi ən yaxşı biləndir.