Əlixan Musayev:
Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət alsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq.
Elmir Quliyev
:
Мы оставили от него (селения народа Лута) ясное знамение для людей разумеющих.
Ələddin Sultanov:
Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq. (Təfsirçilər bu ibrət nişanəsini məhv edilən qövmün başına gələnlərlə bağlı hekayətlər, xarabaya çevrilmiş yurdlarından qalan izlər, göydən yağdırılmış daşlar və s. kimi izah etmişlər.)
Kerbelayi Malik ağa:
And olsun ki, Biz ağıl işlədəcək qövm üçün ondan (endirdiyimiz əzabdan) açıq-aydın ayə (dəlil, nişanə) saxladıq.
Ələsgər Musayev:
Əlbəttə, Biz qoyduq ondan aydın ayətlər əql edən qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq.
Kövsər Tağıyev:
And olsun, biz düşünən bir qövm üçün o məmləkətdən açıq-aşkar ibrətlik bir dəlil qoyduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ağıl işlədən adamlar üçün bundan aydın bir ibrət qoyduq.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz ağlını işlədən bir qövm üçün o [şəhərdən] açıq-aşkar bir işarət/nişanə qoyduq.