Əhqaf Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən səbr et! Onlara (əzabın) tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. (Bu), bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)
Elmir Quliyev :
Терпи же, как терпели твердые духом посланники, и не торопи Меня с наказанием для них. В тот день, когда они увидят то, что им обещано, им покажется, что они пробыли на земле всего лишь час дня. Таково послание! Разве будет погублен кто-либо, кроме нечестивых людей?
Ələddin Sultanov:
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər! (Yuxarıdakı ayədə ifadə edilən “ülül-əzm peyğəmbərlər” ilə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Musa, Həzrət İsa Həzrət Mühəmməd nəzərdə tutulur. Çünki bu peyğəmbərlər şəriət sahibi olmuş, din yolunda böyük əziyyətlərə məruz qalmış bu yolda səbat göstərmişlər.)
Kerbelayi Malik ağa:
Elə isə Üluləzm olan rəsullar kimi səbir et. Onlar üçün (əzabın) tez gəlməsini istəmə. O gün vəd olunduqları şeyi (əzabı) gördükləri zaman gündüzün bir saatı qədər qalmış kimi olurlar. (Bu) bir təbliğdir. Artıq fasiqlər topluluğundan başqası həlak edilərmi?
Ələsgər Musayev:
səbr et qədər səbr etdilər rəsullardan əzim sahibi olanlar tələsmə onların təyin olunmuş vaxtına! Onlar o gün ki, görəcəklər ki, vəd olunanı, elə bil ki, onlar qalmışdılar orada ancaq saat nahardan. Təbliğ! Həlak edilərmi fasiq qoumdan başqası?
A.Mehdiyev və D.Cəfərli:
Buna görə Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi Nuh, İbrahim, Musa İsa) səbr etdikləri kimi səbr et onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!
Kövsər Tağıyev:
(Ey Muhamməd!) O halda əzm sahibi peyğəmbərlərin səbir etdiyi kimi səbir et. Onlar üçün tələsmə. Onlar özlərinə vəd olunan əzabı gördükləri gün gündüzün ancaq bir saatı qədər dünyada qaldıqlarını zənn edərlər. Bu, bir təbliğdir. Sadəcə yoldan çıxan qövm həlak edilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərlərdən əzm sahiblərinin səbr etdiyi kimi sən səbr et onlar [müşriklər] üçün (əzabın gəlməsinə) tələsmə! Onlar özlərinə vəd olunmuşu [əzabı] gördükləri gün (dünyada) gündüzün bir anı qədər qaldıqlarını sanacaqlar. (Bu Quran) xəbərdarlığı (çatdırır). Heç pozğun adamlardan başqaları məhv edilər?
Sabirə Dünyamalıyeva:
Artıq, elçilərdən əzm sahiblərinin səbr etdiyi kimi, sən səbr et! Onlar üçün tələsmə. Onlar, özlərinə vəd edilən şeyi gördükləri gün, dünyada sanki gündüzün bir saatı qədər qalmış kimi olacaqlar. Bu, bir təbliğdir. Artıq, haqq yoldan çıxanlar qövmdən başqası dəyişikliyə/məhvə məruz qoyularmı?