Əlixan Musayev:
Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən (Məndən) qorxub öz (əməllərini) islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Elmir Quliyev
:
О сыны Адама! Если к вам придут посланники из вашей среды, читая вам Мои аяты, то всякий, кто станет богобоязненным и исправит свои деяния, не познает страха и не будет опечален.
Ələddin Sultanov:
Ey Adəm oğulları! Sizə içinizdən ayələrimi oxuyan peyğəmbərlər gəldiyi zaman kim (onlara qarşı çıxmaqdan) çəkinər və özünü islah edərsə, onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Kerbelayi Malik ağa:
Ey Adəm oğulları! Sizin içinizdən sizə ayələrimi oxuyub açıqlayan rəsullar gəldiyi zaman, bundan sonra kim təqva sahibi olar və nəfsini islah edərsə, artıq onlara qorxu yoxdur. Onlar qəmgin olmazlar.
Ələsgər Musayev:
Ay Adam oğulları! Nə vaxt ki, gələndə sizin üçün rəsullar sizin özünüzdən, Mənim ayətlərimi sizə hekayət edəndə, kim təqvalı olub və islah etdi, onların üzərində xof yoxdur və hüznlü olmayacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
(Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz cinsinizdən) sizə Mənim ayə və nişanələrimi oxuyan peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar.»
Kövsər Tağıyev:
Ey Adəm oğulları! Aranızdan sizə mənim ayələrimi danışan peyğəmbərlər gəldiyi zaman kim Allaha qarşı gəlməkdən çəkinər və özünü düzəldərsə, artıq onlara qorxu yoxdur. Onlar kədərlənməyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Adəm övladları! Əgər özünüzdən olan peyğəmbərlər yanınıza gələrək, ayələrimi danışarlarsa, kim (Allahdan) qorxub düzələrsə, onlara heç bir qorxu olmaz və onlar heç vaxt qəm-qüssə yeməzlər.
Sabirə Dünyamalıyeva:
Ey Adəm oğulları! Sizə, öz aranızdan, ayələrimi söyləyən elçilər gələndə, kim Allahın mühafizəsi altına daxil olar və yaxşılaşdırarsa, bax onlara qorxu yoxdur və onlar qəm çəkməyəcəklər.