Əlixan Musayev:
Onların (müqəddəs) Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!
Bünyadov-Məmmədəliyev:
Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!
Elmir Quliyev
:
Их молитва возле мечети была всего лишь свистом и хлопаньем в ладоши. Вкусите же мучения за то, что вы не верили.
Ələddin Sultanov:
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı! (Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
Onların salatı (duaları, ibadətləri) beytin (Allahın evinin) yanında fit çalmaq və əl çalmaqdan başqa bir şey olmadı. Artıq inkar etmiş olduğunuz şeylər səbəbiylə əzabı dadın!
Ələsgər Musayev:
Onların islahatları evin yanında, əl çalmaqdan və fit çalmaqdan başqa bir şey olmadı. Dadın əzabı nə ilə ki, oldunuz kafirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
Kövsər Tağıyev:
Kəbənin yanında onların duaları fit verib əl çalmaqdan ibarətdir. Elə isə (ey müşriklər) inkar etdiyinizə görə dadın əzabı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların Beytdəki [məsciddəki] duaları fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə əzabı dadın!
Sabirə Dünyamalıyeva:
Və onların Beytin/Kəbənin yanındakı dəstəkləri, yalnız fit çalmaq və əl çalmaqdan, özlərini göstərməkdən ibarətdir. -Elə isə küfr işlədiyiniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etdiyiniz] üçün bu əzabı dadın!-