Hud Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.
Bünyadov-Məmmədəliyev:
Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)
Elmir Quliyev :
Нуху (Ною) было внушено в откровении: "Верующими из твоего народа будут только те, которые уже уверовали. Посему не печалься от того, что они совершают.
Ələddin Sultanov:
Nuha belə vəhy olundu: “Qövmündən (indiyə kimi) iman gətirənlərdən başqası artıq iman gətirməyəcəkdir. Elə isə onların etdiklərinə görə kədərlənmə!
Kerbelayi Malik ağa:
Nuha: ‘Sənin qövmündən amənu olanlar xaric, onlar əsla mömin olmayacaq.’ (deyə) vəhy edildi. Artıq onların etmiş olduğu şeylərə görə sən ümidsizliyə qapılma.
Ələsgər Musayev:
Nuha vəhy edildi: «Sənin qoumundan iman gətirənlərdən başqa, daha kimsə inanmayacaq təəssüflənmə ilə ki, oldular fəaliyyətlilər!
A.Mehdiyev və D.Cəfərli:
Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.»
Kövsər Tağıyev:
Nuha vəhy olundu ki: “Əvvəlcə iman edənlərdən başqa qövmündən daha heç kim iman etməyəcək. O halda onların etdiklərinə görə məyus olma”.
M.Qənioğlu və T.Bilaloğlu:
Nuha belə vəhy olundu: "Sənin camaatının iman gətirənlərindən başqa, artıq heç kəs iman gətirən deyildir. Onların əməllərindən məyus olma!
Sabirə Dünyamalıyeva:
Nuha belə vəhy olundu: "Həqiqətən xənin qövmündən artıq iman etmiş olanlardan başqa heç kəs iman gətirməyəcək. Onun üçün, onların etdikləri şeylərdən qəmlənmə.