Əlixan Musayev:
Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.
Elmir Quliyev
:
Не следуй тому, чего ты не знаешь. Воистину, слух, зрение и сердце — все они будут призваны к ответу.
Ələddin Sultanov:
Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.
Kerbelayi Malik ağa:
(Haqqında) elmin olmayan bir şeyin ardına düşmə (qarışma, açıqlamağa çalışma)! Şübhəsiz ki, eşitmə, görmə və idrak, onların hamısı məsuliyyət daşıyacaqdır.
Ələsgər Musayev:
Ona ki, elmin yoxdur, onun ardınca
getmə. Həqiqətən, eşitmə və bəsirət və könül – külli onlar onun
barəsində sual olunar.
A.Mehdiyev və D.Cəfərli:
(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).
Kövsər Tağıyev:
Bilmədiyin şeyin ardına düşmə. Çünki qulaq, göz və qəlb – bunların hamısı – ondan məsuldur.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilmədiyin şeyin ardınca getmə. Qulaq da, göz də, ürək də - bunların hamısı onun barəsində sorğu-suala tutulacaqdır.
Sabirə Dünyamalıyeva:
Və heç bilmədiyin bir şeyin arxasınca düşmə! Şübhəsiz ki, qulaq, göz, ürək, bunların hər biri ondan sorğu-sual olunacaq.