Əlixan Musayev:
Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə (doğru) yol göstərən olmaz.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.
Elmir Quliyev
:
Разве Аллаха не достаточно для Его раба? Они устрашают тебя теми, которые ниже Него. А кого Аллах введет в заблуждение, тому не будет наставника.
Ələddin Sultanov:
Allah Öz quluna kifayət deyilmi?! Onlar səni Allahdan başqaları (bütlər) ilə qorxudurlar. Allah kimi haqq yoldan azdırarsa, artıq heç kim onu doğru yola yönəldə bilməz. (Müşriklər Həzrət Peyğəmbərə: “İlahlarımızı pisləmə, yoxsa onlar sənə zərər verərlər!” - deyirdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
Kerbelayi Malik ağa:
Allah quluna kafi deyilmi? Səni Allahdan başqaları ilə qorxudurlar. Allah kimi dəlalətdə buraxsa, o zaman onun üçün bir hidayətçi (mehdi) yoxdur.
Ələsgər Musayev:
Ə,
Allah kifayət deyilmi Öz bəndəsinə, xoflandırırlar səni Ondan
başqaları ilə? Allah kimi zəlalətdə tərk edərsə, onun üçün
hidayət edən olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz.
Kövsər Tağıyev:
Allah quluna yetməzmi? Səni Ondan (Allahdan) başqaları ilə qorxutmağa çalışırlar. Allah kimi sapdırarsa, artıq onun üçün bir yol göstərən tapılmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Allah Öz bəndəsi üçün kifayət deyildir? Onlar isə səni Ondan başqaları ilə qorxudarlar. Allah kimi azdırarsa, ona bir düz yol göstərən olmaz!
Sabirə Dünyamalıyeva:
Allah, Öz bəndəsinə kifayət deyilmi? Onlar isə səni, Onun altındakılardan bəzi kəslərlə qorxudurlar. Və Allah kimi doğru yoldan azdırsa, artıq ona heç kim yol göstərə bilməz.