Əlixan Musayev:
Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar.
Elmir Quliyev
:
К тем, кто отвращается от поминания (или слеп к поминанию) Милостивого, Мы приставим дьявола, и он станет его товарищем.
Ələddin Sultanov:
Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
Kerbelayi Malik ağa:
Kim Rəhmanın zikrindən üz çevirsə, şeytanı ona müsəllət edərik. Beləcə o (şeytan), onun yaxın yoldaşı olar.
Ələsgər Musayev:
Kim əyilərsə yad edilməsindən Rəhmanın, ona
təqdim edərik şeytanı və o, onun üçün yoldaşdır.
A.Mehdiyev və D.Cəfərli:
Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
Kövsər Tağıyev:
Kim Rəhmanın Zikrini görməzdən gələrsə, biz onun başına bir şeytan urcah edərik. Artıq o onun ayrılmaz dostudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim Mərhəmətli (Allahı) zikr etməkdən yayınarsa, Biz ona bir şeytanı qoşarıq və o, ona yol yoldaşı olar.
Sabirə Dünyamalıyeva:
Və hər kim Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] öyüdünə, xatırlanmasına qarşı kor olsa, Biz ona bir şeytan ürcah edərik, artıq o, onun üçün yaşıd/dost olar;