Əlixan Musayev:
Əgər yer üzündə olan hər şey, üs-təlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün üzücü bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!
Elmir Quliyev
:
Воистину, если бы у неверующих было все, что есть на земле, и еще столько же, чтобы откупиться от мучений в День воскресения, то это не было бы принято от них. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Həqiqətən, əgər yer üzündə olan hər şey və bir o qədəri də kafirlərin olub, bunları qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versəydilər, bu onlardan əsla qəbul olunmazdı. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, o kafir olanlar əgər yer üzündə olanların hamısı və onunla birlikdə bir misli daha onların olsa, qiyamət gününün əzabından xilas olmaq üçün onları fəda edəcək olsalar (fidyə olaraq versələr), onlardan qəbul edilməz. Onlar üçün ‘ağrılı-acılı əzab’ vardır
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki,
kafirdirlər, əgər onlar üçün nə ki, ərzdədir cəmiyyən və misli
onun, fidyə vermək üçün onunla əzabından günü qiyamətin
qəbul edilməz onlardan və onlar üçündür ələmli əzab!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Şübhəsiz, yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də kafirlərin olsa və qiyamət gününün əzabından qurtulmaq üçün hamısını fidyə olaraq versələr, yenə onlardan qəbul edilməz. Onlara ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər yer üzündə olanların hamısı və bir o qədər də kafirlərin olsa və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün vermiş olsalar da, bu onlardan qəbul olunmaz. Onlar üçün üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], bütün yer üzündə olan hər şey və üstəlik bir o qədəri də özlərinin olsa və [bunun hamısını] qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versələr, onların [bu fidyəsi] qəbul olunmaz. Və onlar üçün ağrılı-acılı bir əzab var.