Qaf Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçıb qurtara bildilərmi?”
Bünyadov-Məmmədəliyev:
Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.
Elmir Quliyev :
Сколько же Мы истребили до них поколений, которые превосходили их мощью! Они странствовали по земле. Но разве они могли сбежать?
Ələddin Sultanov:
Biz onlardan əvvəl özlərindən daha güclü olan ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!”
Kerbelayi Malik ağa:
Onlardan əvvəl şiddət baxımından onlardan daha qüvvətli neçə-neçə nəsilləri həlak etdik. Halbuki diyarlarda (həlak olmaqdan xilas olmaq üçün) gəzib dolaşdılar, yer araşdırdılar. Qaçıb xilas olacaq bir yer varmı?
Ələsgər Musayev:
qədər bunlardan qabaq nəsillərdən həlak etdik; onlar şiddətli idi qüvvətdə qüdrətdə bunlardan axtarırdılar ölkələrdə, varmı bir sığınacaq yeri?
A.Mehdiyev və D.Cəfərli:
Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət iqtidar baxımından onlardan daha güclü olan şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer bir sığınacaq var idi?!
Kövsər Tağıyev:
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri həlak etdik, diyar- diyar gəzib qaçacaq yer axtardılar. Qaçacaq yermi var?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan əvvəl özlərindən qat-qat güclü "(Ölümdən) yayınmaq üçün bir sığınacaq varmı?" - deyə-deyə ölkələr gəzib dolaşan neçə-neçə nəsil məhv etmişik.
Sabirə Dünyamalıyeva:
Biz, onlardan əvvəl, onlardan daha böyük gücə sahib olan neçə nəsilləri dəyişdirdik, məhv ettik. Belə ki, onlar məmləkətləri dəlik-deşik eləyirdilər. Qaçıb xilas olmağa heç yer varmı?