Əlixan Musayev:
Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)
Elmir Quliyev
:
Таким образом Мы ниспослали Коран законом на арабском языке. Если ты станешь потакать их желаниям после того, как к тебе явилось знание, то никто вместо Аллаха не станет твоим покровителем и защитником.
Ələddin Sultanov:
Beləliklə, Biz onu ərəbcə bir hökm (qanun) olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allaha qarşı nə himayə edən, nə də qoruyan olar.
Kerbelayi Malik ağa:
Beləliklə Onu ərəbcə bir hökm olaraq nazil etdik. Sənə elmdən bu qədər şey gəldikdən sonra əgər onların həvəslərinə tabe olsan, əlbəttə sənin üçün Allahdan başqa bir dost və bir qoruyucu yoxdur.
Ələsgər Musayev:
Belə nazil etdik onu ərəbcə hökm edən. Əgər o elmdən sonra ki, sənə gəlib, onların istəklərinə tabe olasan, daha sənin üçün Allah tərəfindən dost və qoruyan olmaz!
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır.
Kövsər Tağıyev:
Beləliklə, biz onu (Qur`anı) ərəbcə bir hökm olaraq nazil etdik. Sənə gələn bu elmdən sonra əgər sən onların arzu və istəklərinə uysan, Allah tərəfindən sənin üçün nə bir dost, nə də bir qoruyucu olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləcə Biz onu [Quranı] ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə bu bilgi [Quran] gəldikdən sonra onların həva-həvəslərinə uysan, səni Allahın (əzabından) nə bir himayə edən, nə də qoruyan olar.
Sabirə Dünyamalıyeva:
Və Biz, beləliklə, Quranı ərəbcə; mükəmməl bir qanun olaraq nazil etdik. Və əgər sənə gəlib-çatan elmdən sonra onların boş-müvəqqəti arzularına uysan, Allah tərəfindən sənə "bir köməkçi, yol göstərən yaxın və bir himsyəçi" olmayacaq.