Əlixan Musayev:
Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, (bil ki,) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası yoxdur). Çünki Allah yoldan çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər də olmaz!
Elmir Quliyev
:
Как бы ты ни хотел наставить их на прямой путь, Аллах не наставляет на прямой путь тех, кого Он вводит в заблуждение, и не будет у них помощников.
Ələddin Sultanov:
Onların hidayətə gəlməsini çox arzulasan da, bil ki, Allah (haqq yoldan) azdırdığı kimsələri hidayətə yönəltməz. Onlara yardım edənlər də olmaz.
Kerbelayi Malik ağa:
Sən onların hidayətə gəlməsini çox istəməyinə baxmayaraq şübhəsiz ki, Allah dəlalətdə buraxdığı kimsəni hidayətə ərdirməz. Onlar üçün bir yardımçı da yoxdur.
Ələsgər Musayev:
Sən nə
qədər onların hidayətinə həris olasan, həqiqətən, Allah hidayət
etməz o kəsi ki, zəlalətdədir və onlara yardım edən də olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Kövsər Tağıyev:
Sən onların doğru yola yönəlmələri üçün var gücünlə çalışsan da, Allah sapdırdığı kimsəni doğru yola yönəltməz. Onlara yardım edənlər də olmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sən onları düz yolla aparmağa cəhd edərsənsə, (bil ki,) Allah azdırdığı kəsə yol göstərməz və onlara bir kömək edə bilən də olmaz.
Sabirə Dünyamalıyeva:
Sən, onların doğru yolda olmalarını həddən artıq istəsən də, artıq, Allah yoldan çıxartdığı kəsi doğru yola yönəltməz. Onlar üçün heç bir yardımçı da yoxdur.