Əlixan Musayev:
Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.
Elmir Quliyev
:
Мы потопили народ Нуха (Ноя), когда они сочли лжецами посланников, и сделали их знамением для людей. Мы приготовили беззаконникам мучительные страдания.
Ələddin Sultanov:
Nuh qövmünə gəldikdə, peyğəmbərləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
Kerbelayi Malik ağa:
Nuhun (ə.s) qövmü rəsulları yalanladığı zaman onları suda boğduq. Onları insanlara ibrət etdik. Zalımlar üçün ağrılı-acılı əzab hazırladıq.
Ələsgər Musayev:
Nuh qoumu elə ki, rəsulları yalançı saydı, Biz də qərq etdik onları və etdik insanlar üçün ayət və Biz hazır etmişik zalimlər üçün ələmli əzab.
A.Mehdiyev və D.Cəfərli:
Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
Kövsər Tağıyev:
Nuh qövmünü də peyğəmbərləri təkzib etdikləri zaman suda boğduq. Onları insanlar üçün bir ibrət etdik və zalımlar üçün ağrılı-acılı bir əzab hazırladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərləri yalançı hesab etdikləri zaman Nuh camaatını da (məhv etdik). Onları suya qərq etdik və onları insanlar üçün bir ibrət etdik. Biz haqsızlar üçün üzücü bir əzab hazırlamışıq.
Sabirə Dünyamalıyeva:
Biz, Nuh qövmünü də, elçiləri təkzib etdikləri vaxt suda batırdıq və onları insanlar üçün bir əlamət/nişan halına gətirdik. Və Biz şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün çox ağrılı bir əzab hazırladıq.