Ali-İmran Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”
Bünyadov-Məmmədəliyev:
Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!
Elmir Quliyev :
Господь принял ее прекрасным образом, вырастил достойно и поручил ее Закарии (Захарии). Каждый раз, когда Закария (Захария) входил к ней в молельню, он находил возле нее пропитание. Он сказал: Марьям (Мария)! Откуда у тебя это?" Она ответила: "Это от Аллаха, ведь Аллах дарует пропитание без счета, кому пожелает".
Ələddin Sultanov:
Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəddəki otağına girəndə onun yanında müxtəlif növ təzə meyvələr görürdü. Halbuki, o meyvələr həmin mövsümdə orada yetişmirdi.)
Kerbelayi Malik ağa:
Beləcə Rəbbi onu gözəl bir şəkildə qəbul etdi, gözəl bir şəkildə yetişdirdi. Ona baxmağı Zəkəriyyəyə (ə.s) həvalə etdi. Zəkəriyyə (ə.s) hər dəfə onun yanına mehraba daxil olduğu zaman onun yanında bir ruzi olduğunu görərdi. ‘Ey Məryəm, bu sənə necə, haradan (gəldi)?’ deyincə, o da: ‘O, Allahın dərgahındandır’ deyirdi. Şübhəsiz ki, Allah dilədiyi kimsəyə hesabsız ruzi verər.
Ələsgər Musayev:
Qəbul etdi onu Rəbbi, yaxşı qəbul etməklə yetişdirdi onu yaxşı bitki kimi kifil etdi ona Zəkəriyyəni. Hər dəfə, daxil olurdu onun yanına Zəkəriyyə mehraba tapırdı onun yanında ruzi. Dedi: «Ay Məryəm! Haradandır sənin üçün bunlar?» Dedi: «O yanındandır Allahın!» Həqiqətən, Allah ruziləndirir kimi istəsə, qeyri hesabla!
A.Mehdiyev və D.Cəfərli:
Bel?likl?, R?bbi onu goz?l (s?kild?) q?bul etdi v? bir yaxs? t?rzd? yetisdirdi v? onun (t?rbiy?sinin) m?suliyy?tini (xalas?n?n ?ri) Z?k?riyyaya taps?rd?. Z?k?riyya h?r d?f? mehraba onun yan?na daxil olanda, onun yan?nda (basqa movsuml?r? aid) ruzi gorurdi. (Bir gun) dedi: «Ey M?ry?m, s?n? bu ruzi haradand?r?» Dedi: «O, Allah t?r?find?ndir, cunki Allah ist?diyin? hesabs?z ruzi verir».
Kövsər Tağıyev:
Belə olduqda Rəbbi onu gözəl bir şəkildə qəbul etdi onu gözəl bir şəkildə yetişdirdi. Ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun ibadət etdiyi yerə daxil olanda onun yanında bir azuqə görürdü. “Məryəm! Bu, sənə haradan gəldi?” deyərdi. O da: “Bu, Allah qatındandır”, deyə cavab verərdi. Çünki Allah istədiyinə saysız-hesabsız ruzi verir.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbi onu [Məryəmi] yaxşı tərzdə qəbul etdi, gözəl bir şəkildə yetişdirib böyütdü Zəkəriyyəyə həvalə etdi. Zəkəriyyə hər dəfə mehrabda onun yanına girərkən onun qarşısında bir yemək görürdü. O dedi: "Ey Məryəm! Bu, sənə haradandır?" O isə: "Bu, Allah tərəfindəndir." - söylədi. Doğrudan da Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Rəbbi Məryəmi gözəl [bir şəkildə] qəbul etdi. onu gözəl bir bitki olaraq yetişdirdi ona; Məryəmin, İsanı qeyri-qanuni şəkildə doğmayaraq Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyanı zamin etdi. Zəkəriyya zaman onun yanına/xüsusi otağına girsə, onun yanında bir ruzi görərdi. Zəkəriyya, "Ey Məryəm! Bu, sənin üçün haradandır?" dedi. Məryəm də: "O, Allah tərəfindəndir!" dedi. Şübhəsiz ki, Allah dilədiyinə saysız-hesabsız ruzi verər.