Əlixan Musayev:
Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar.
Bünyadov-Məmmədəliyev:
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar.
Elmir Quliyev
:
Ни ваше богатство, ни ваши дети не приближают вас к Нам, если только вы не уверовали и не поступаете праведно. Для таких людей будет приумножено воздаяние за то, что они совершили, и они будут пребывать в горницах, находясь в безопасности.
Ələddin Sultanov:
Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman gətirib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
Kerbelayi Malik ağa:
Sizin mallarınız və övladlarınız dərgahımızda sizi Bizə yaxınlaşdıracaq yüksək dəyərə sahib deyil. Amənu olan və saleh əməl (nəfsi islahedici əməl) işləyənlər istisnadır. Onlara əməllərinə görə qat-qat mükafat vardır. Onlar yüksək məqamlarda əmin-amanlıqda olanlardır.
Ələsgər Musayev:
Olmadı nə malınız və nə də
övladınız, hansı ki, sizi yaxınlaşdıra Bizim yanımıza, ancaq o
kəsdən başqa ki, inanır və əməli salehdir. Həmin onlar üçündür
ikiqat cəza nə ilə ki, əməl etdilər və onlar qürfələrdə
əminlikdədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Kövsər Tağıyev:
Sizi bizim qatımıza daha çox yaxınlaşdıran nə mallarınız, nə də övladlarınızdır. Ancaq iman edib saleh əməl işləyənlər istisnadır. Onlar üçün işlədikləri əməllərin qarşılığı olaraq qat-qat mükafat var. Onlar cənnət köşklərində əmin-amanlıq içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi Bizə yaxınlaşdıracaq olan nə mal-dövlətinizdir, nə də övladlarınız. İman gətirib əməlisaleh olanlardan başqa. Onlara etdikləri işlərə görə ikiqat mükafat olacaqdır və onlar hücrələrdə əmin-amanlıq içərisində olacaqlar.
Sabirə Dünyamalıyeva:
Və sizi hüzurumuza yaxınlaşdıran, mal-dövlətiniz və övladlarınız deyil. Ancaq kim iman edər və yaxşılaşdırmaq məqsədi ilə əməl işləyərsə, bax onların etdiklərinin əvəzi qat-qat artıq veriləcək. Və onlar, uca qəsrlərində əmin-amanlıq içində yaşayacaqlar.