Əlixan Musayev:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”.
Bünyadov-Məmmədəliyev:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”
Elmir Quliyev
:
Там они завопят: "Господь наш! Выведи нас отсюда, и мы будем поступать праведно, а не так, как мы поступали прежде". Разве Мы не даровали вам жизнь достаточно долгую для того, чтобы опомнился тот, кто мог опомниться? Да и предостерегающий увещеватель приходил к вам. Вкусите же наказание, и нет для беззаконников помощников.
Ələddin Sultanov:
Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” - deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir peyğəmbər də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”.
Kerbelayi Malik ağa:
Onlar orada fəryad edərlər: ‘Rəbbimiz bizi (buradan) çıxar, etmiş olduqlarımızdan başqa saleh əməl (nəfsi islahedici əməl) işləyək.’ Sizə orada (dünyada) təzəkkür etmək istəyən kimsənin təzəkkür etməsinə çatacaq qədər bir ömür vermədikmi? Sizə nəzir gəlmədimi? O halda (əzabı) dadın. Artıq zalımlar üçün bir köməkçi yoxdur.
Ələsgər Musayev:
Onlar orada zarıldayıb yalvararlar: «Rəbbimiz,
xaric et bizi, saleh əməl edək. Ondan qeyri ki, əməl etmiş
olduq!» Ə, Biz sizə ömür vermədikmi, yad edə bilsin kim ki,
onda yad edə bilər və gəldi sizə nəzərə çatdıran? Dadın.
Zalimlər üçün yardım edən olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz.»
Kövsər Tağıyev:
Onlar cəhənnəmdə: “Ey Rəbbimiz! Bizi buradan çıxar ki, dünyada ikən işlədiyimiz əməllərdən başqa saleh əməllər işləyək”, – deyə fəryad edərlər. (Onlara belə deyilər:) “Sizi düşünüb öyüd götürəcək kimsənin düşünüb öyüd götürə biləcəyi qədər yaşatmadıqmı? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı. Çünki zalımlar üçün heç bir yardımçı yoxdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar orada fəryad qopararaq: "Rəbbimiz, bizi (buradan) çıxart. Biz tutmuş olduğumuz əməlləri yox, xeyir işlər görərik." - deyərlər. (Onlara isə deyilər): "Biz sizə düşünüb daşınan bir kəsin düşünüb daşına biləyəci qədər bir ömür vermədikmi? Sizə xəbərdarlıq edən öyüd- nəsihətçi də gəlmişdi. Elə isə (əzabı) dadın! Haqsızlara heç bir kömək edən olmaz."
Sabirə Dünyamalıyeva:
Və onlar, orada fəryad edərlər: "Ey Rəbbimiz! Bizləri çıxar, işlədiyimiz əməllərdən başqa düzgün əməl işləyək." -Sizə, fikirləşəcək olanların fikirləşəcəyi qədər ömür vermədikmi? Sizə xəbərdarlıq edən də gəlmişdi. O halda dadın! Artıq şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir köməkçi də yoxdur.-