Əlixan Musayev:
Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçiləri-miz onların canını almaq üçün yanlarına gəldikdə: “Allah-dan savayı çağırdıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: “Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?” – deyincə: “Onlar bizi qoyub qaçdılar!” – deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.
Elmir Quliyev
:
Кто же несправедливее того, кто возводит на Аллаха навет или считает ложью Его знамения? Они получат удел, отведенный им в Писании. Когда же к ним явятся Наши посланцы, чтобы умертвить их, они скажут: "Где те, к кому вы взывали вместо Аллаха?" Они скажут: "Они бросили нас!" Они принесут свидетельства против самих себя о том, что они были неверующими.
Ələddin Sultanov:
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
Kerbelayi Malik ağa:
Allaha qarşı yalan ilə böhtan atandan və ya Onun ayələrini yalanlayandan daha zalım kim vardır? Kitabdan (Qurani Kərimdən) özlərinə nəsibləri çatacaq olanlar onlardır. Onlara rəsullarımız (elçi mələklər, ölüm mələkləri) gəldiyi zaman onları vəfat etdirərkən onlara belə dedilər: ‘Allahdan başqa dua etmiş olduğunuz şeylər haradadır?’ Onlar da: ‘Bizdən sapdılar (getdilər).’ dedilər. Özlərinin kafir olduqlarına özləri şahidlik etdilər.
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, iftira edə üzərinə Allahın yalanı, yaxud yalan saya ayətlərilə Onu? Həmin onlar nail olarlar kitabdan olan nəsiblərinə. Ta onda ki, gəldi onlara elçilərimiz onların canlarını almaq üçün, deyərlər: «Allahdan başqa çağırdıqlarınız haradadır?» Deyərlər: «Bizdən itib yox oldular!» Şahid olarlar üzərində öz nəfslərinin ki, onlar kafir olublar!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, kim Allaha yalan nisbət verəndən, yaxud Onun ayə və nişanələrini təkzib edəndən daha zalımdır?! Allah tərəfindən (ömür, ruzi və övlad kimi) yazılmış və qərara alınmış payları (dünyada) onlara çatacaq. Nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələn zaman «haradadır Allahın yerinə çağırdıqlarınız?» deyəcəklər. Onlar, «hamısı bizim gözümüzdən itdilər» deyəcək və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.
Kövsər Tağıyev:
Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan sayandan daha zalım kimdir? Onlara kitabdan (özləri üçün yazılmış ömür və ruzilərdən) payları çatar. Nəhayət, mələk elçilərimiz canlarını almaq üçün onların yanına gəldiyi zaman: “Allahı buraxıb tapındığınız şeylər hanı?” – deyərlər. Onlar da: “Bizi darda qoyub yox oldular”, – deyərlər və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uyduranlardan və ya Onun ayələrini yalan hesab edənlərdən daha zalımı kimdir? Kitabdan onlara öz payları nəsib olacaqdır. Bizim elçilərimiz [mələklərimiz] onların yanına gəlib canlarını alarkən soruşacaqlar: "Allahdan savayı çağırdıqlarınız haradadır?" Onlar: "Bizi qoyub gediblər." - deyərlər və öz-özlərinin əleyhinə şahidlik edərlər ki, həqiqətən, kafir olmuşlar.
Sabirə Dünyamalıyeva:
Elə isə, Allaha qarşı yalan uyduran və ya ayələrini inkar edəndən daha yanlış; öz ziyanına iş görən kim ola bilər? Bax onlara Kitabdan öz payları çatacaq; nəhayət elçilərimiz canlara almaq üçün onların yanına gəldikdə, "Allahın altındakılardan yalvardıqlarınız hanı?" deyəcəklər. Onlar, "Yalvardıqlarımız bizdən ayrılıb uzaqlaşdırlar" deyəcəklər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olduqlarına şəxsən özləri şahidlik edəcəklər.