Yunus Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa: “(Muhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə siz gətirin Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”
Bünyadov-Məmmədəliyev:
Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”
Elmir Quliyev :
Или же они говорят: "Он выдумал его". Скажи: "Сочините хотя бы одну суру, подобную этим, и призовите, кого сможете, кроме Аллаха, если вы говорите правду".
Ələddin Sultanov:
Yoxsa onlar: “(Mühəmməd) onu özündən uydurdu!” - deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın siz ona bənzər bir surə gətirin!”
Kerbelayi Malik ağa:
Yoxsa onu uydurdumu deyirlər? De ki: ‘Əgər doğru söyləyənlərsinizsə, o təqdirdə Allahdan başqa gücünüzün çatdığı kəsləri çağırın onun kimi bir surə gətirin!’
Ələsgər Musayev:
Yoxsa deyirlər: «Iftira etdi onu!» De: «Gəlin surə ilə misli onun Allahdan başqa kimdən istəyirsiniz kömək alın, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa «bunu (Qur’anı, Muhəmməd) yalandan düzəltmişdir» deyirlər? De: «Belə isə əgər doğruçusunuzsa (kəlmənin fəsihliyi, mənanın dərinliyi, müxtəlif elmləri əhatə etmək qeyb aləmindən xəbər verməkdə) ona bənzər bir surə gətirin (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». (Bəqərə surəsinn 23-cü ayəsinə müraciət edin.)
Kövsər Tağıyev:
Yoxsa: “Onu (Muhamməd özü) uydurdu”, deyirlər? De ki: “Əgər doğru söyləyənlərsinizsə, siz ona bənzər bir surə gətirin Allahdan başqa çağıra biləcəyiniz kim varsa, onları da köməyə çağırın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ola bilsin ki, onlar deyərlər: "Onu o [Məhəmməd peyğəmbər] uydurmuşdur". De: "Əgər düz deyirsinizsə, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağıraraq siz ona bənzər surə gətirin!"
Sabirə Dünyamalıyeva:
Yaxud: "Onu özü uydurdu!" deyirlər. De ki: "Elə isə siz buna bənzər bir surə meydana gətirin, Allahın altındakılardan çağıra bildiklərinizi çağırın. Əgər doğru kimsələrsinizsə."