Nəhl Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! (Allahın ölüləri diriltməsi) Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu (bunu) bilmirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
Elmir Quliyev :
Именем Аллаха они принесли величайшие клятвы о том, что Аллах не воскресит мертвецов. О нет! Это произойдет согласно истинному обещанию, но большинство людей не знает этого.
Ələddin Sultanov:
Onlar: “Allah ölən bir kimsəni diriltməz!” - deyə var gücləri ilə Allaha and içdilər. Əksinə, (ölüləri diriltmək) Onun haqq olaraq verdiyi bir vəddir. Ancaq insanların çoxu bunu bilmir.
Kerbelayi Malik ağa:
‘Kim ölsə Allah onu bəas etməz (yenidən diriltməz).’ deyə ən qüvvətli andları ilə Allaha and içdilər. Xeyr, (elə deyil). Bu, Onun (Allahın) üzərində haqq bir vəddir. Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Onlar and içdilər Allah ilə möhkəm andla: «Qaldırmayacaq Allah o kəsi ki, ölübdür!» Bəli, üzərində olan haqq vədəyə görə lakin insanların əksəriyyəti bilmir
A.Mehdiyev və D.Cəfərli:
Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir lakin insanların çoxu bilmir.
Kövsər Tağıyev:
Onlar: “Allah ölən bir kimsəni diriltməz”, deyə Allaha möhkəm bir and içdilər. Xeyr, dirildəcək. Bu, elə bir vəddir ki, onun yerinə yetirilməsini Allah öz öhdəsinə götürmüşdür. Lakin insanların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ən möhkəm andları ilə: "Allah öləni bir diriltməz" - deyə Allaha and içdilər. Xeyr, O, Öz haqq vədi ilə (dirildər), lakin insanların çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
kafirlər, "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" deyə ən güclü andlarıyla Allaha and içdilər. Xeyr, Allah ölüləri, Öz üstünə aldığı gerçək bir vəd olaraq dirildəcəkdir Lakin insanların çoxu bilmir.