Əlixan Musayev:
Biz dedik: “Hamınız ora-dan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Bünyadov-Məmmədəliyev:
Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.
Elmir Quliyev
:
Мы сказали: "Низвергнитесь из Рая все!" Если к вам явится руководство от Меня, то те, которые последуют за Моим руководством, не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Kerbelayi Malik ağa:
Biz dedik ki: 'Hamınız oradan (aşağıya) enin. Məndən sizə mütləq hidayət gələcəkdir. O zaman kim hidayətimə tabe olarsa, artıq onlara qorxu yoxdur və onlar qəmgin olmazlar.'
Ələsgər Musayev:
Dedik Biz: «Düşün oradan cəmiyyən Və nə vaxt ki, gəlsə
sizə Məndən hidayət və kim tabe olarsa hidayətimə, yoxdur xof
üzərində onların və olmayacaqlar hüznlü».
A.Mehdiyev və D.Cəfərli:
Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»
Kövsər Tağıyev:
“Hamınız oradan (cənnətdən) enin. Məndən sizə bir yol göstərən (peyğəmbər) gəldiyi zaman kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur, onlar məhzun olmayacaqlar”, – dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz dedik: "Haminiz buradan enin ! Məndən sizin üçün doğru yol göstəricisi gəldikdə kim Mənim yol göstəricimin ardınca gedərsə, onlar üçün nə bir qorxu, nə də qəm-qüssə olacaqdır."
Sabirə Dünyamalıyeva:
Biz dedik ki: "Hamınız oradan enin. Artıq sizə Mənim tərəfimdən bir bələdçi gəldikdə, kim bələdçimə tabe olsa, onun üçün heç bir qorxu yoxdur; onlar qəm-qüssə görməzlər. Və küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş