Nur Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir.
Bünyadov-Məmmədəliyev:
(Onların vaxtlı-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
Elmir Quliyev :
чтобы Аллах воздал им за наилучшее из того, что они совершили (или лучшим, чем то, что они совершили; или наилучшим образом за то, что они совершили), и приумножил это по Своей милости. Аллах наделяет, кого пожелает, без счета.
Ələddin Sultanov:
Bu, Allahın onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırması Öz lütfündən onlara daha çox verməsi üçündür. Allah dilədiyinə saysız-hesabsız ruzi verər.
Kerbelayi Malik ağa:
Allah onlara etdiklərinin qarşılığını ən gözəl şəkildə vermək üçün onlara fəzlindən artırar. Allah dilədiyi kimsəyə hesabsız ruzi verər.
Ələsgər Musayev:
ona görə ki, Allah onlara əməllərinə görə yaxşı mükafat bağışlaya Öz fəzlindən onlara artıra. Allah kimə istəsə hesabsız ruzi bağışlar!
A.Mehdiyev və D.Cəfərli:
(Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir.
Kövsər Tağıyev:
(Bütün bunları ona görə edərlər ki,) Allah onları işlədikləri əməllərin ən gözəli ilə mükafatlandırsın onlara öz lütfündən daha da artığını versin. Allah istədiyinə saysız-hesabsız ruzi verər.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, Allah onlara əməllərinin yaxşısı ilə mükafatlandırsın Öz lütfünü onlara artırsın. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.
Sabirə Dünyamalıyeva:
Allah, dilədiyi kəslərə saysız-hesabsız ruzi verər.