Əlixan Musayev:
Adı da, Səmudu da (məhv)(etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.
Bünyadov-Məmmədəliyev:
Biz Adı və Səmudu da məhv etdik. (Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz xaraba qalmış) məskənlərindən sizə bəllidir. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı.
Elmir Quliyev
:
А также адиты и самудяне! Вам это ясно по их жилищам. Дьявол представил им их деяния прекрасными и сбил их с пути, хотя они были проницательны.
Ələddin Sultanov:
Ad və Səmud qövmünü də (məhv etdik). Bu (onların başına gələnlər), məskənlərindən sizə bəlli olmuşdur. Şeytan onlara gördükləri işləri gözəl göstərdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
Kerbelayi Malik ağa:
Ad və Səmud qövmünü həlak etdik. Onların məskənləri sizə bəyan edildi. Şeytan onlara əməllərini gözəl göstərdi. Beləcə onları (Allahın) yolundan sapdırdı. Onlar görə bilənlər idi (görərək inkar edənlər idi).
Ələsgər Musayev:
Və Ad və Səmudu… və əlbəttə, sizin üçün aydındır onların məskənlərindən. Zinətli etdi şeytan onlar üçün öz əməllərini və sədd çəkdi onlara yoldan, onlar isə görənlər idilər.
A.Mehdiyev və D.Cəfərli:
Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər.
Kövsər Tağıyev:
Ad və Səmud qövmlərini də həlak etdik. Bu onların (xarabazara çevrilən) yurdlarından sizə bəlli olmuşdur. Şeytan onlara öz əməllərini süslü göstərmiş və onları doğru yoldan yayındırmışdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ad və Səmud tayfalarını da (məhv etdik). Bu, onların məskənlərindən sizə aydın olur. Şeytan onların əməllərini onlar üçün bəzədi və anladıqları halda onları yoldan çıxartdı.
Sabirə Dünyamalıyeva:
Ad və Səmud qövmlərini dəyişikliyə/məhvə məruz qoyduq. Onların dəyişikliyə/məhvə məruz qalması, onların yurdlarından sizə həqiqətən aydın olmuşdur. Və şeytan onlara, etdiklərini bəzəkli göstərdi və onları haqq yoldan çıxardı. Halbuki onlar görüb anlayan kəslər idi.