Ənfal Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.
Elmir Quliyev :
Скажи неверующим, что если они прекратят, то им будет прощено то, что было в прошлом. Но если они возвратятся к неверию, то ведь уже были примеры первых поколений.
Ələddin Sultanov:
Kafirlərə de: “Əgər (küfrdən Peyğəmbərə qarşı düşmənçilikdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir.
Kerbelayi Malik ağa:
Kafir olan kəslərə ki: ‘Əgər vaz keçsəniz, keçmişdə olan günahlar məğfirət edilər (bağışlanar). Əgər geri dönsələr (küfr düşmənliyə davam etsələr), o zaman əvvəlkilərin başına gələnlər onların da başına gələr.
Ələsgər Musayev:
De o kəslərə ki, kafirdirlər: «Əgər onlar ki, əvvəlcədən etmişdilər əl çəksələr, bağışlanar əgər öz etdiklərinə qayıtsalar, əlbəttə, onlarla o cür rəftar olunar ki, əvvəlkilərlə rəftar olunub.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»
Kövsər Tağıyev:
Ey Muhamməd! İnkar edənlərə söylə: “Əgər (iman edib, düşmənçilik savaşdan) əl çəksələr, keçmiş günahları bağışlanar. Əgər (düşmənçilik savaşa) qayıtsalar, əvvəlkilərin aqibətinə düçar olarlar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə de: "Əgər onlar (küfrdən) əl çəksələr, əvvəl olanlar onlara bağışlanar. Əgər (əməllərinə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr".
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, mallarını Allah yolundan döndərmək üçün xərcləyən kafirlər [Allahın məbud rəbb olduğunu örtən kəslər]; yenə onu xərcləyəcəklər. Sonra onlara bir peşmanlıq üz verəcək, sonra da onlar məğlub olacaqlar ki, Allah murdarı təmizdən ayırsın, sonra murdarları bir-birinin üstünə mindirib hamısını bir yerə yığsın, sonra da hamısını birdən cəhənnəmə qoysun. kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd edənlər] cəhənnəmdə toplaşacaqlar. Bax bunlar, məhz itkiyə, zərərə uğrayıb əzab çəkənlərin arasında olan kəslərdir.