Nəhl Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah ölüləri dirildəcəkdir ki, )ixtilafda olduqları şeyləri onlara bildirsin kafirlər özlərinin yalançı olduqlarını dərk etsinlər.
Bünyadov-Məmmədəliyev:
(Allah hər bir mömini kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər özlərinin yalançı olduqlarını bilsinlər.
Elmir Quliyev :
Он разъяснит им то, в чем они расходились во мнениях, и неверующие узнают, что они были лжецами.
Ələddin Sultanov:
Allah ixtilafda olduqları məsələləri onlara izah etmək üçün kafirlər özlərinin yalançı olduqlarını bilsinlər deyə (onları dirildəcəkdir).
Kerbelayi Malik ağa:
(Bu diriltmə) haqqında ixtilafa düşdükləri şeyin onlara bəyan edilməsi (açıqlanması) üçün kafirlər özlərinin şübhəsiz yalançı olduqlarını bilmələri üçündür.
Ələsgər Musayev:
Bəyan etsin onlar üçün onu ki, ixtilafda idilər onda bilsinlər o kəslər ki, kafir olmuşdular, həqiqətən, onlar yalançı oldular.
A.Mehdiyev və D.Cəfərli:
Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
Kövsər Tağıyev:
(Dirildəcək ki,) ixtilafa düşdükləri şeyi onlara bəyan etsin kafir olanlar da özlərinin yalançı olduqlarını bilsinlər!
M.Qənioğlu və T.Bilaloğlu:
(Dirildər ki,) ixtilafda olduqları şeyləri onlara aydınlaşdırsın, kafirlər isə yalan dediklərini bilsinlər.
Sabirə Dünyamalıyeva:
onların, haqqında ixtilafa düşdükləri şeyi onlar üçün ortaya qoysun gerçəkləri ört-basdır edən kəslərin yalançı olduqlarını bildirsin.