Əhzab Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.
Bünyadov-Məmmədəliyev:
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.
Elmir Quliyev :
Они передали послания Аллаха и боялись Его и не боялись никого, кроме Аллаха. Довольно того, что Аллах ведет счет.
Ələddin Sultanov:
Peyğəmbərlər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
Kerbelayi Malik ağa:
Onlar (nəbilər) Allahın risalətini təbliğ edərlər Ona huşu duyarlar Allahdan başqa heç kimdən qorxmazlar. Allah haqq-hesab çəkməyə kifayətdir.
Ələsgər Musayev:
O kəslər ki, təbliğ edirlər risalətini Allahın, çəkinirlər Ondan çəkinmirlər bir kəsdən, ancaq Allahdan kafidir Allah ilə hesab!
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, Allahın risalətlərini hökmlərini (camaata) yetirər Ondan qorxar Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini zahiri əməllərini) hesablamaqda kifayət edir.
Kövsər Tağıyev:
Daha əvvəl gəlib keçən o peyğəmbərlər Allahın vəhylərini təbliğ edən, Allahdan başqa heç kəsdən qorxmayan kimsələrdir. Hesaba çəkən olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər üçün ki, onlar Allahın risalələrini [əmrlərini, hökmlərini] (insanlara) çatdırır Ondan qorxudar, Allahdan başqa heç kimdən qorxmurlar. Haqq-hesab çəkən olaraq Allah kifayətdir.
Sabirə Dünyamalıyeva:
Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Allah qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən Allahdan başqa heç kimin qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərməyən kəslər barədə Allahın qayda-qanunu belədir. Haqq-hesab çəkməyə Allah yetər.