Əlixan Musayev:
Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
Elmir Quliyev
:
На земле есть сопредельные участки, виноградные сады, посевы, финиковые пальмы, растущие из одного корня или из разных корней. Их орошают одной водой, но одни из них Мы создаем более вкусными, чем другие. Воистину, в этом — знамения для людей разумеющих.
Ələddin Sultanov:
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır. (Yəni, eyni torpaqdan və eyni sudan bəslənən bitkilərin hər birinin dadının, rənginin və formasının bir-birindən fərqli olması Allahın varlığını və qüdrətini açıq şəkildə göstərən dəlillərdəndir.)
Kerbelayi Malik ağa:
Yer üzündə bir-birinə qonşu qitələr və üzüm bağları, əkinlər və budaqlı və budaqsız xurma ağaclarından bağçalar vardır. Eyni su ilə sulanar və Biz onların bəzisini bəzisindən dadına, ləzzətinə və qoxusuna görə üstün edərik. Ağıl işlədən qövm üçün şübhəsiz ki, bunda ayələr vardır.
Ələsgər Musayev:
Ərzdə biri – birinə yaxın qitələr var. Üzüm bağları və əkinlər və eyni kökdən olan və olmayan xurma ağacları, hansı ki, bir sudan içirlər. Yemək üçün onun bəzisini bəzisindən üstün etdik. Həqiqətən, bunda ağıl sahibi olan qoum üçün ayətlər vardır.
A.Mehdiyev və D.Cəfərli:
Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Kövsər Tağıyev:
Yer üzündə bir-birinə yaxın qitələr, üzüm bağları, əkinlər, bir kökdən çıxan çox gövdəli və tək gövdəli xurma ağacları var ki, hamısı eyni su ilə sulanır. Ancaq biz məhsulları baxımından onların bəzisini bəzisindən üstün tuturuq. Şübhəsiz, bunda düşünən bir qövm üçün (Allahın varlığını göstərən) dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə bir-birinə qonşu (müxtəlif keyfiyyətli) torpaq sahələri, üzüm bağları və əkin sahələri vardır. Eyni su ilə suvarılan, bir və ya ayrı-ayrı köklərdən olan elə xurmalıqlar vardır ki, biz yeyərkən birinin (meyvəsini) digərindən üstün tuturuq. Doğrudan da anlayan adamlar üçün bunda dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzüm bağları, əkinlər, haçalı-haçasız xurma bağları əmələ gətirəndir. Və Biz, meyvələri, qoxuları, dadları baxımından onların bəzisini bəzisindən üstün tuturuq. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün bəzi işarətlər/nişanələr var.