Əlixan Musayev:
Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
Bünyadov-Məmmədəliyev:
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
Elmir Quliyev
:
Если Мы пожелаем, то ниспошлем им с неба знамение, перед которым покорно склонятся их шеи.
Ələddin Sultanov:
Əgər diləsəydik, onlara göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər.
Kerbelayi Malik ağa:
Əgər diləsəydik göydən onlara ayə endirərdik. Beləcə onların boyunlarına kölgə salardı (hökmü altına alardı) ona itaət edərdilər.
Ələsgər Musayev:
Əgər Biz istəsək nazil edərik səmadan onların üzərinə ayət və onlar ona boyun əyərlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
Kövsər Tağıyev:
Biz istəsək, göydən onlara bir möcüzə endirərik, ona boyun əymək məcburiyyətində qalarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər istəsək, Biz onlara göydən elə bir ayə nazil edərik ki, onlar ona müticəsinə boyun əyərlər.
Sabirə Dünyamalıyeva:
Əgər Biz diləyərsək, Hicr/90o and içənlərə158 endirdiyimiz kimi, onlara da göydən bir əlamət [nümunə/şüa, radiyasiya və meteoritlər, tayfun, sel] endirərik və onların boyunları ona itaət edənlər olardı.