Səcdə Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyləri, yeri onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa bir haminiz, bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?
Bünyadov-Məmmədəliyev:
Göyləri, yeri onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
Elmir Quliyev :
Аллах Тот, Кто создал небеса и землю и то, что между ними, за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Нет для вас, помимо Него, ни покровителя, ни заступника. Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Göyləri, yeri onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz şəfaətçiniz yoxdur. Yenə düşünüb öyüd almırsınızmı?
Kerbelayi Malik ağa:
O Allah ki, göyləri, yeri ikisinin arasındakıları altı gündə yaratdı. Sonra ərşə istiva etdi. Sizin Ondan başqa dostunuz şəfaətçiniz yoxdur. Hələ təzəkkür etmirsinizmi?
Ələsgər Musayev:
Allah - Odur ki, xəlq etdi səmaları ərzi onlar arasında olanları altı gündə. Sonra ərş üzərində möhkəmləndi. Yoxdur sizin üçün Onun əvəzinə dost şəfa edəndən. Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Göyləri yeri onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə gündüzdə ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!
Kövsər Tağıyev:
Allah göyləri, yeri ikisi arasındakıları altı gündə (altı mərhələdə) yaradan, sonra da Ərşə istiva edəndir. Sizin üçün Ondan başqa heç bir dost, heç bir şəfaətçi yoxdur. Hələ düşünüb öyüd götürməyəcəksinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri, yeri onların arasında olanları altı günə yaradan, sonra ərşdə qərar tutan Allahdır. Ondan başqa sizin bir havadarınız, bir himayədarınız vardır. Heç bir düşünüb daşınmazsınızmı?
Sabirə Dünyamalıyeva:
Allah, göyləri, yeri ikisinin arasındakıları altı mərhələdə meydana gətirən ən böyük taxt üzərində hakimiyyət qurandır. Onun altındakılardan sizə bir köməkçi, yol göstərən, himayəçi yaxın bir dəstəkçi, şəfaətçi yoxdur. Hələ düşünüb ibrət almırsınız?