Əlixan Musayev:
De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin (yaradılmasında) bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qurandan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!
Elmir Quliyev
:
Скажи: "Видели ли вы тех, к кому взываете помимо Аллаха? Покажите мне, какую часть земли они сотворили? Или же они являются совладельцами небес? Принесите мне Писание, предшествовавшее этому, или хоть какой след знания, если вы говорите правду".
Ələddin Sultanov:
De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
Kerbelayi Malik ağa:
De ki: ‘Allahdan başqa tapındıqlarınızı gördünüzmü? Onların yer üzündə nə yaratdıqlarını mənə göstərin. Yoxsa onların göylərdə ortağımı var? Əgər siz sadiqlərsinizsə (doğru söyləyənlərsinizsə), mənə bundan əvvəl (nazil olmuş) bir kitab və elmi bir əsər gətirin.’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü nə ki,
çağırırdınız Allahdan başqa, göstərin mənə nə xəlq ediblər
ərzdən, yoxsa onlar üçün səmalarda şəriklik var? Gətirin mənə
bundan qabaqkı kitabı, ya əsər elmdən, əgər oldunuz sadiqlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qur’andan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.
Kövsər Tağıyev:
De ki: “Allahı buraxıb tapındıqlarınızı gördünüzmü? Mənə göstərin, yer üzündə nəyi yaratmışlar? Yoxsa göylərin yaradılmasında onların bir şəriki var? Əgər doğru söyləyənlərsinizsə, bundan əvvəlki bir kitab yaxud bir bilgi qırıntısı olsa da, gətirin mənə!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Bir deyin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Göstərin mənə! Yoxsa onların göylərə ortaqlığımı var? Əgər doğru danışansınızsa, onda mənə bundan (Qurandan) daha əvvəl olan bir kitab və ya elmdən bir əsər-əlamət gətirin!"
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan yalvardığınız şeyləri gördünüzmü/heç düşündünüzmü? Onlar, yer üzündə nəyi əmələ gətirmişlər, mənə göstərin. Yoxsa onların göylərdə bir şərikliyi var? Əgər siz doğru kimsələrsinizsə, mənə Qurandan əvvəlki bir kitab və ya elmdən bir əsər gətirin."